Əsas məzmuna keç
Hekim QəbuluHekimQəbulu

Təcili yardım və ambulans üçün istifadə şərtləri

v2 · 04/10/2026

1. Tətbiq sahəsi Bu şərtlər Hekim Qəbulu platformasında ambulans, tibbi nəqliyyat və təcili yardım xidməti göstərən təşkilat kimi qeydiyyat, profil, rezervasiya, satış/xidmət və portal funksiyalarından istifadəni tənzimləyir. 2. Hekim Qəbulu-nun rolu Hekim Qəbulu texnoloji platforma və rəqəmsal vasitəçidir. Platforma xidmət göstərənin peşə fəaliyyətini öz adından icra etmir və onun lisenziyasını əvəz etmir. 3. Xidmət göstərənin əsas öhdəlikləri Xidmət göstərən nəqliyyat vasitəsi, tibbi avadanlıq, ekipaj səlahiyyətləri, çağırış qəbul etmə və təhlükəsizlik tələblərinə əməl etmək öhdəliyini qəbul edir. Profil, qiymət, iş saatı, ünvan, heyət və xidmət məlumatları doğru və aktual olmalıdır. 4. İstehlakçı və pasiyent hüquqları Xidmət göstərən Azərbaycan Respublikasında tətbiq olunan pasiyent, istehlakçı, fərdi məlumat, elektron ticarət, lisenziya və sektor qaydalarına əməl etməlidir. 5. Məsuliyyət Hekim Qəbulu dövlət təcili yardım xəttini əvəz etmir; həyati təhlükədə 103 xidmətinə müraciət edilməlidir. Hekim Qəbulu öz texniki platformasına və qanunla ona aid edilən öhdəliklərə görə məsuliyyət daşıyır; qanunla istisna edilməsi mümkün olmayan məsuliyyətlər bu sənədlə aradan qaldırılmır. 6. Elektron qəbul və audit Elektron təsdiq müqavilə şərtlərinin qəbuludur. Sənəd versiyası, qəbul vaxtı, hesab, rol və texniki audit göstəriciləri saxlanıla bilər. 7. Dəyişikliklər Əhəmiyyətli dəyişikliklərdə yenidən qəbul tələb oluna bilər. 8. Tətbiq olunan hüquq Bu münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir. 9. Növbələrin avtomatik təsdiqi və dəyişiklik qaydası Rezervasiya funksiyası tətbiq olunan xidmətlərdə ödənişi uğurla tamamlanan növbə avtomatik təsdiqlənir. Xidmət göstərən üçün ayrıca təsdiq, rədd və ya vaxt dəyişmə əməliyyatı tələb olunmur və standart portalda təqdim edilmir. Pasiyent yalnız ilkin təsdiqdən sonrakı 10 dəqiqə ərzində vaxtı maksimum 1 dəfə dəyişə və ya növbəni ləğv edə bilər; bir dəfə vaxt dəyişikliyi bu müddəti yeniləmir. Vaxt bir dəfə dəyişdirildikdən sonra ilkin müddətin qalan hissəsində ləğv etmək mümkündür. Ləğv edilən ödənişli növbənin geri qaytarıla bilən məbləği Hekim balansına qaytarılır. Dəyişiklik və ləğv xidmət göstərənin cədvəlində avtomatik əks olunur və müvafiq bildiriş kanalları ilə çatdırılır.