İstifadə şərtləri
v2 · 04/10/2026
1. Ümumi müddəalar
Hekim Qəbulu platforması həkim, klinika, laboratoriya, aptek və evdə tibbi xidmət təchizatçılarını pasiyentlərlə əlaqələndirən rəqəmsal vasitəçi platformadır. Platformadan istifadə etməklə siz bu şərtləri qəbul etmiş sayılırsınız.
2. Platformanın rolu
Hekim Qəbulu tibbi xidmət göstərmir və diaqnoz qoymur. Bütün tibbi qərarlar, müayinə və müalicə üçün məsuliyyət müvafiq lisenziyaya malik xidmət təchizatçısının üzərinə düşür.
3. Hesab və istifadəçi məlumatları
İstifadəçi qeydiyyat zamanı doğru və aktual məlumat verməyi öhdəsinə götürür. Hesabın təhlükəsizliyi, giriş kodlarının qorunması istifadəçinin məsuliyyətindədir.
4. Rezervasiya və ləğvetmə
Rezerv edilmiş qəbul təsdiq olunduqdan sonra istifadəçi onu platforma vasitəsilə ləğv edə və ya dəyişə bilər. Ləğvetmə şərtləri və mümkün ödəniş qaydaları hər xidmət təchizatçısının profilində göstərilir.
5. Ödənişlər
Onlayn ödənişlər lisenziyalı ödəniş provayderləri vasitəsilə aparılır. Qaytarma tələbləri müvafiq xidmət təchizatçısının ləğvetmə siyasətinə uyğun icra olunur.
6. Qadağan olunan davranış
Saxta profil yaratmaq, başqasının adından rezerv etmək, platformanı avtomatlaşdırılmış vasitələrlə yükləmək və ya digər istifadəçilərin məlumatlarını icazəsiz toplamaq qadağandır.
7. Təcili hallar
Platforma təcili tibbi yardım xidməti deyil. Həyat üçün təhlükəli vəziyyətlərdə dərhal 103 nömrəsinə zəng edin.
8. Şərtlərdə dəyişiklik
Şərtlər yenilənə bilər. Əhəmiyyətli dəyişikliklər platformada elan olunur və yeni versiyanın qəbulu tələb oluna bilər.
9. Əlaqə
Suallar üçün: info@hekimqebulu.az
8. Növbə dəyişikliyi, ləğv və geri qaytarma qaydası
Növbə ödəniş uğurla tamamlandıqdan və sistem tərəfindən təsdiqləndikdən sonra yekun hesab olunur. Təsdiq anından etibarən pasiyent yalnız 10 dəqiqə ərzində növbənin tarix/saatını maksimum 1 dəfə dəyişə və ya növbəni ləğv edə bilər. Vaxtın bir dəfə dəyişdirilməsi yeni 10 dəqiqəlik müddət yaratmır; qalan müddət ilkin təsdiq vaxtından hesablanır. Vaxt bir dəfə dəyişdirildikdən sonra ilkin 10 dəqiqəlik müddətin qalan hissəsində ləğv etmək mümkündür, lakin ikinci dəfə vaxt dəyişmək mümkün deyil. Növbə həmin müddətdə ləğv edilərsə, platforma üzərindən ödənilmiş geri qaytarıla bilən məbləğ Hekim balansına qaytarılır. 10 dəqiqəlik müddət bitdikdən sonra pasiyentin öz hesabından tarix/saat dəyişikliyi və ləğv funksiyası bağlanır. Növbə həkim və ya xidmət göstərən tərəfindən ayrıca təsdiq, rədd və ya vaxt dəyişikliyi tələb etmədən avtomatik təsdiqlənir. Rezervasiya, vaxt dəyişikliyi və ləğv barədə istifadəçiyə tətbiqdaxili/push bildirişi və mövcud mobil nömrəyə SMS göndərilə bilər.